Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İlqar Orucov: Mənəvi cəhətdən sağlam və bilikli Azərbaycan gəncliyi Prezidentin etimadını doğrultmağa qadirdir

İlqar Orucov: Mənəvi cəhətdən sağlam və bilikli Azərbaycan gəncliyi Prezidentin etimadını doğrultmağa qadirdir

Bakı, 13 fevral, Həsrət Mahmudova, AZƏRTAC

Gənc nəslin milli-mənlik şüurunun inkişafı və vətənpərvərlik ruhunda tərbiyə olunması işi hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Bu sahədə işi müasir informasiya texnologiyalarından istifadə edərək qurmaq lazımdır. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə proqram xarakterli tarixi çıxış edərək bu sahədə görüləcək işlərlə bağlı əsas tezisləri açıqlayıb. Aidiyyəti dövlət orqanları, QHT-lər, orta və ali məktəblər, media gənclərlə bağlı işləri Prezidentin açıqladığı həmin tezislər əsasında qurmalıdırlar.

Bunu Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, Prezidentin Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş mərasimdə çıxışı bütün parametrləri ilə tarixi bir nitq idi. Dövlətimizin başçısının məhz gənclərə ünvanlanmış və onlara xitabən dediyi fikirlər hələ uzun müddət yeni nəsil üçün ideoloji istiqamət olacaq: “Ölkənin birinci şəxsinin müstəqilliyimizlə, dövlətçiliyimizlə, tariximizlə bağlı kifayət qədər məqamları əhatə edən və daha çox gəncliyin elitar təbəqəsi olaraq tələbələrə - yeni nəsil gələcək ziyalılarımıza yönəlmiş tarixi nitqi yalnız bir məqsəd daşıyırdı: gənclərimiz milli tariximizi öyrənsinlər, tarixdə baş verən faktları bilsinlər, ondan nəticə çıxarmağı bacarsınlar, ənənələrimizə sahib çıxsınlar, onları gələcək nəsillərə ötürsünlər, bilikli, müasir dünyagörüşlü və əcdadlarımızın bizə miras olaraq qoyduqları milli dəyərlərə malik olsunlar və beləliklə də etibarlı vətəndaş olaraq müstəqilliyimizi qoruyub saxlasınlar, əbədi və dönməz etsinlər. Prezidentin 101 il öncə qazanılmış müstəqilliyin hansı səbəblərdən qoruna bilməməsini tələbə gənclərə ətraflı olaraq izah etməsi, bugünkü firavan və gözəlləşən Azərbaycanın heç vaxt indiki kimi tam müstəqil olmamasını xüsusi vurğulaması, dövlətimizə qarşı məkrli planlardan, təhdidlərdən, təzyiqlərdən bəhs etməsi və xalqımızın milli birliyinin, özünə inamının nə qədər vacib olmasını xatırlatması həm də dövlət rəhbərinin ölkəsinin gələcəyi olan gənclərə olduqca səmimi bir müraciəti olmaqla bərabər, eyni zamanda, gənclərə inamı, etibarı və onlara olan ümidinin nümayişi idi”.

İlqar Orucov qeyd edib ki, Prezidentin çağırışlarından biri də gənclərimizin tariximizi bilmələrinin vacibliyi ilə bağlı idi. “Haqlı olaraq dövlət rəhbərimiz bildirdi ki, başqa dövlətlər qarşısında baş əyməmək, başqa xalqların iradəsindən asılı olmamaq üçün tariximizi mükəmməl bilməliyik və tarixin dərslərindən nəticə çıxarmalıyıq. Belə olduğu təqdirdə anlayacağıq ki, bizi bizdən çox sevən ikinci bir xalq ola bilməz, bizim dövlətimizi, bizim tərəqqimizi, uğurumuzu bizdən başqa istəyən digər dövlət ola bilməz. Vaxtilə ağır günlərimizdə, müharibə şəraitində olduğumuz zaman, yeni müstəqillik əldə etdiyimiz illərdə bizə hər hansı yardım etməyən dövlətlər məgər indi bizə hər cür maddi yardım təklifi üçün növbəyə duranlar deyillərmi? Doğrudan da bu kimi faktları bizim o ağır, çətin dövrləri görməyən hazırkı gənclərimizin, gələcək nəsillərin bilməsi olduqca önəmlidir. Eyni zamanda, hazırkı həqiqi müstəqilliyin, güclü milli dövlətin və kimsədən asılı olmayan xalqın nümayəndəsi olmağın dəyərini bilən gəncliyin, gələcək nəslin formalaşdırılması üçün ölkə başçımızın toxunduğu faktların yer aldığı müstəqillik dövrünün tarix kitabları yazılmalı, hətta, məktəb dərsliklərinə belə, bu faktlar mütləq salınmalıdır”, - deyə o vurğulayıb.

İlqar Orucovun sözlərinə görə, Azərbaycana qarşı xarici güclərin planlarından danışan Prezident əsas hədəf kimi onların gəncləri seçmələrini vurğulaması ciddi siqnaldır və bu, dövlətimizin müstəqilliyinə qarşı yönəlmiş məkrli planın mövcudluğunu bir daha sübut edir: “Bu cəhdlərin arxasında bu gün bəzi ölkələri xarabalığa çevirən, milyonlarla dinc mülki insanın ölümünə səbəb olan, firavan, xoşbəxt və azad yaşayan insanlara demokratiya vəd edərək aldadıb vətəndaş müharibəsinə cəlb edən, nəticədə doğma yurd-yuvalarından Avropa qaçqın düşərgələrinə didərgin salan, bir qismini okean sularında miqrant daşıyan gəmilərdə, qayıqlarda batıran xarici güclər dayanır. Çünki, dövlətimizin güclənməsi, onlardan asılı olmaması, müstəqil siyasət yürütməsi və əsl milli dövlət olması onlara sərf etmir. Onlara kölə və insanları rəzil durumda olan dövlətlər və yaxud neftini sovuraraq istədikləri kimi idarə etdikləri və lazım bildikləri zaman vətəndaş müharibəsi və dini qarşıdurma yaratmaq imkanını reallaşdıra bildikləri asılı ölkələr lazımdır. Bu qüvvələr unudurlar ki, bizim gənclərimiz savadlı, bilikli və vətənpərvər, dövlətini sevən gənclərdir. Dövlətimizin başçısı bütün hallarda gənclərlə, tələbələrlə ideoloji işin, tərbiyənin qurulmasına ciddi önəm verməyi və bu məsələni diqqətdə saxlamağı həm aidiyyəti qurumların, həm də müəllimlərin üzərinə vəzifə olaraq qoydu. Bildirdi ki, ideoloji işdə boşluqlar və zəif məqamlar var, onlar mütləq aradan qaldırılmalıdır. Hesab edirəm ölkə başçısının tərbiyə məsələsinə, ideoloji işin yenidən qurulmasına dair toxunduğu məsələlər bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, orta və ali məktəblərin bu sahədə məsuliyyətini ciddi şəkildə artıracaq”.

Fəlsəfə doktoru xüsusi vurğulayıb ki, gənclərimiz Prezidentin nitqində qeyd etdiyi yaxşı təhsil almaq, bilikli olmaq və diplom xətrinə oxumamaqla bağlı tövsiyələrə diqqət yetirməlidirlər: “Müasir sürətli texnoloji inkişafın önündə getmək üçün gənclərimiz də, müəllimlərimiz də daim çalışmalıdırlar və belə olduğu təqdirdə Azərbaycanın dövlət müstəqilliyi daha da güclü və etibarlı olacaqdır. Çünki, müasir dünyada və perspektivdə ən ciddi və davamlı resurs insan kapitalı, ən etibarlı sərmayə isə insanın intellektual inkişafına qoyulan sərmayədir. Babalarımızın qurduğu cümhuriyyətin yadigarı olan ilk milli universitetimizin, şanlı tarixi hadisənin 100 illiyində Prezidentimizin cəmiyyətimizə, xüsusilə intellektual kəsim gənclərimizə müraciətinin həm də xeyli ağır məsuliyyət yükü var. İnanıram ki, bugünkü müstəqil və qüdrətli dövlətimizin memarı olan ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətinin nəticəsi olaraq formalaşmış vətənpərvər, milli dəyərlərə sahib olan, bilikli, fiziki və mənəvi cəhətdən sağlam gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükü çiyinlərində daşımağa qadirdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin dəvət məktubu İraq Prezidentinə təqdim edilib

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb