Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

İlqar Rəhimov: Cari il Milli Paralimpiya Komitəsi üçün uğurlu il olub

Bakı, 11 dekabr, Səxavət Quliyev, AZƏRTAC

Cari ildə digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatının inkişafında da mühüm uğurlar qazanılıb. Paralimpiyaçılarımız beynəlxalq arenada dəfələrlə üçrəngli bayrağımızı dalğalandırıb və himnimizi səsləndiriblər.

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov paralimpiyaçılarımızın bu il keçirilən turnirlərdəki çıxışlarının yekunları və perspektivlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- İlqar müəllim, cari ili Azərbaycan Milli Paralimpiya Komitəsi üçün necə qiymətləndirirsiniz?

- 2018-ci il Milli Paralimpiya Komitəsi üçün uğurlu il olub. Cari il ərzində nəzərdə tutulmuş bütün işlər həyata keçirilib. İlin əvvəlində yarışların təqvimi və görüləcək işlərin istiqaməti təsdiq olunub. Hesabat dövründə idmançılarımızın nəzərdə tutulmuş yarışlarda iştirakı təmin edilib. Əsas məqsədimiz isə növbəti Paralimpiya Oyunlarında daha böyük komanda ilə iştirak etmək və yaxşı nəticələr göstərməkdir. AMPK-nın nəzdində fəaliyyət göstərən bütün idman növlərində irəliləyiş var. İdmançılarımızın sıraları genişlənib. Artıq 2018-ci ildə idmançılarımız reytinq xalları toplamağa başlayıblar. Hesab edirəm ki, cari il çox yaxşı başlanğıc oldu. Çünki reytinq xallarının toplanılması üçün həlledici il Paralimpiya Oyunlarından bir il öncə nəzərdə tutulur. Çalışmalıyıq ki, gələn il idmançılarımızın beynəlxalq arenada çıxışını yüksək səviyyədə təmin edək ki, onlar da öz idman növlərində kifayət qədər reytinq xalı toplasınlar. Fikrimcə, heç bir problem olmayacaq. Əgər 2016-cı ildə Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında 24 idmançımız iştirak etmişdisə, məqsədimiz “Tokio 2020”ə daha çox sayda idmançı ilə qatılmaqdır.

İlk dəfə idmançılarımız “Tokio 2020” Yay Paralimpiya Oyunlarında parateakvondo yarışlarında güclərini sınayacaqlar. İdmanın bu növü əlillər arasında çox populyardır. Bizim paratekvondo növü üzrə yetəri qədər titullu və reytinqli idmançılarımız var. Daha öncə parataekvondo Paralimpiya Oyunlarının proqramına daxil deyildi və digər ölkələr də buna elə ciddi maraq göstərmirdilər. Paratekvondonun “Tokio 2020”nin proqramına salınması digər ölkələrdə də idmanın bu növünə marağı artıracaq və daha çox idmançı cəlb olunacaq. Hesab edirəm ki, “Tokio 2020”də gərgin idman mübarizəsinə şahidlik edəcəyik. İdmançılarımız güclü rəqibdirlər. İnanıram ki, kifayət qədər parataekvondoçu ilə paralimpiadada iştirak edəcəyik.

Digər idman növlərində də idmançıların sayında artım var. Cüdo üzrə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandalarımız fəaliyyət göstərir. Bir müddət əvvəl Portuqaliyada təşkil olunmuş dünya çempionatında 14 idmançımız çıxış etmişdi. Kifayət qədər uğurlu nəticə əldə olundu. İlk yarış idi ki, reytinq xallarının toplanmasına başlanıldı. Cüdoçularımız çempionata ciddi hazırlaşmışdılar və bizi qane edən nəticəni qazandılar. Millimiz şəxsi yarışlarda 6 medal qazandı. Komanda yarışlarında da fərqləndik, 14 idmançıdan 12-si çempionatda yuxarı yerləri tutaraq ilkin reytinq xalı qazandılar.

Atletlərimiz, pauerliftinqçilərimiz, güllə atıcılarımız, üzgüçülərimiz, voleybolçularımız və boççia idmançılarımızın inkişaf etdirilməsi istiqamətində də gərgin iş gedir. 2018-ci ili biz təşkilatlanma ili kimi nəzərə aldıq. Yəni, işlərin təşkili və istiqamətlərin müəyyənləşdirilməsi üzərində çalışdıq. Yəqin ki, gələn il bunun bəhrəsini görəcəyik. Bildiyiniz kimi, AMPK Paralimpiya Oyunlarına hazırlıq Komitəsi kimi fəaliyyət göstərməlidir. İdmançıların hazırlığı ilə əsasən müvafiq federasiyalar məşğul olmalıdır. Artıq bu istiqamətdə lazımi işlər görülür. Cari ildə biz bir neçə paralimpiya idman növü üzrə federasiyanın yaradılmasına nail ola bildik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Boççia Federasiyası yaradıldı. Həmçinin Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası fəaliyyət göstərir. Digər nailiyyətimiz isə Olimpiya komandaları ilə sıx əməkdaşlığa başlamamız oldu. Həmin federasiyalar paralimpiyaçıları da öz himayələrinə götürdülər. Cüdo, voleybol və stolüstü tennis federasiyaları ilə gözəl əlaqələrimiz var. Sevindirici haldır ki, paralimpiyaçılarımız Olimpiya komandamızın üzvləri ilə birgə mötəbər yarışlara hazırlıq keçirlər. Bu, həmçinin əlillərin cəmiyyətə inteqrasiyasına böyük təkan verir.

Məlum olduğu kimi, 2013-cü ildə dünyada ilk dəfə olaraq, Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Məqsəd fiziki imkanları məhdud uşaqları idmana cəlb etməklə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmalarına dəstək verməkdir. Noyabrda Sumqayıtda IV Uşaq Paralimpiya Oyunları təşkil olundu. Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons oyunlarda iştirak etdi. Mətbuatdan da məlumdur ki, E.Parsons oyunlardan xoş təəssüratlarla qayıdıb. Dünyaya bəyan edib ki, Azərbaycan modelindən yararlanmaq lazımdır. O, bizdən xahiş edir ki, təcrübəmizi dünyaya yayaq.

- 2018-ci ildə Milli Paralimpiya Komitəsinin nəzdində yeni idman növləri fəaliyyətə başlayıb. Bu haqda nə deyə bilərsiniz?

- Cari ildə AMPK-nın nəzdində iki idman növü üzrə bölmə yaradılıb. Bunlardan biri paravelosiped idmanıdır. Komanda üzvləri ilə görüş keçirilib və milliyə baş məşqçi təyin olunub. Azərbaycan Velosiped İdmanı Federasiyası bizə yaxından kömək edir. Əlillər arasında idmanın bu növünə böyük maraq var. İdmançılarımız trek və şose növlərində məşqlərə başlayıblar. Fikirləşirəm ki, paravelosiped ölkəmizdə çox populyar olacaq. Həmçinin Paravelosiped Assosiasiyası yaradılıb. Digəri isə qış idman növləridir. Azərbaycanda Qış İdman Növləri Federasiyası fəaliyyət göstərir. “Şahdağ” Turizm Mərkəzi ilə danışıqlarımız oldu və bütün görüşlərimiz müsbət yekunlaşdı. Orada paralimpiyaçıların hazırlığı üçün hər cür şərait yaradılıb. Mərkəzin təcrübəli işçilərindən biri yığmaya baş məşqçi təyin olundu. Artıq millimiz Dubayda ilk təlim-məşq toplanışında iştirak edib. Bu hazırlıqdan daha çox tanışlıq xarakteri daşıyıb. Bizim əsas hədəfimiz 2022-ci ildə Pekində təşkil olunacaq Qış Paralimpiya Oyunlarında iştirak etməkdir. İdmançıların seçiminə çox ciddi yanaşdıq. Qış idman növləri üzrə komandamızda 4 paralimpiyaçı yer alıb və onlar çox istedadlıdırlar. İdmançılarımız dağ xizəkçiliyinin sirləri ilə Dubayda yaxından tanış oldular. Məşqçimiz də Dubayda hazırlıq keçiblər. Artıq digər ölkələrlə təlim-məşq prosesi üçün danışıqlar gedir.

- Önümüzdəki illərdə Azərbaycan hər hansı paralimpiya idman növü üzrə irimiqyaslı yarışa ev sahibliyi edəcəkmi?

- Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons dövlətimizin başçısı İlham Əliyev ilə görüşündə Azərbaycanda paralimpiya hərəkatının geniş vüsət aldığını, böyük təşkilatlanma yolu keçdiyini və respublikamızın zəngin təcrübəyə malik olduğunu deyib. O, Azərbaycanın hər hansı paralimpiya idman növü üzrə dünya çempionatına ev sahibliyi etməsinin vaxtı olduğunu diqqətə çatdırıb. E.Parsons ölkəmizin güclü idman infrastrukturuna malik olduğunu və əlillər üçün hər cür şəraitin yaradıldığını deyib. Parsons bizə dünya çempionatının təşkili ilə bağlı müraciət edib. Hazırda bu istiqamətdə fikir mübadiləsi aparılır. İlin sonunadək biz idman növünü seçəcəyik. Çalışacağıq ki, yarış 2019-cu ilin ikinci yarısı və ya 2020-ci ilin əvvəlində keçirilsin. Dünya çempionatının təşkili adi məsələ deyil. Böyük sayda idmançılar ölkəmizə gələcək. Onların qarşılanması, yerləşdirilməsi, standartlar və nəqliyyat məsələsi çox məsuliyyətli işdir. Gələn il mayın 13-14-də Bakıda ilk dəfə paracüdo üzrə dünya kuboku yarışları keçiriləcək. Həmçinin idmançılar tibbi təsnifatı da ölkəmizdə keçəcəklər. Artıq 42 ölkə turnirdə iştirakını təsdiqləyib. Analoji yarış 2020-ci ildə də Bakıda baş tutacaq. Bu yarış paralimpiya oyunları ərəfəsində son reytinq turniri olacaq.

- “Tokio 2020”dən gözləntiləriniz nədir?

- Bizim işin əsas göstəricisi Paralimpiya Oyunlarında qazanılan medallardır. Əgər idmançılarımız Paralimpiadada ölkəmizi layiqincə təmsil edib bayrağımızı dalğalandırır və himnimizi səsləndirərlərsə, demək AMPK işini düz qurub. Əgər bunun əksidirsə, demək düz yolda deyilik. Çünki əlillər arasında idman potensialı böyükdür. Həqiqətən də bizim çox istedadlı idmançılarımız var. Əgər biz onları düzgün istiqamətə yönləndirməsək onlar da uğurlu nəticə verə bilməzlər. Bizim ən yaxşı nəticəmiz “London 2012”də olub. Həmin Oyunlarda komandamız 12 medal qazanıb ki, bunlardan 4-ü qızıl idi. “Rio 2016”da nəticələrimiz bir az zəif oldu. Belə ki, 11 medal qazandıq və onlardan 1-i qızıl oldu. Bu nəticə bir çox ölkələr üçün əlçatmaz sayılır. Təbii ki, biz qarşımıza maksimum hədəflər qoymuşuq. Ancaq biz elə inkişaf səviyyəsinə çatmışıq ki, bu, bizim üçün geriləmə oldu.

Qarşımızda çox ciddi vəzifələrimiz var. “Tokio 2020” heç də asan olmayacaq. Bizə medal gətirən idman növlərinə digər ölkələrdə çox ciddi hazırlaşırlar. Cüdoda yaponiyalı və koreyalı idmançılar güclü hesab olunur. Qarşımıza məqsəd qoymuşuq ki, ən azı “London 2012”nin nəticələrinə yaxınlaşmalıyıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Paytaxtın abad məhəllələrində Novruz şənliyi

AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci

Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO

® “Coca-Cola” “2030 Su Təhlükəsizlik Strategiyası”nı təqdim edib

NATO-nun Baş katibi Gürcüstanın Baş naziri ilə görüşüb

Samuxda 2000 ağac və 1000 ədəd gül kolu əkilib

Azərbaycanın hər bir çağırışı uğurlu gələcəyə böyük stimuldur - ŞƏRH

Mehriban İmanova: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun parlaq ifadəsidir