İDMAN


İlqar Rəhimov: Komandamız ölkəmizi Tokioda layiqincə təmsil edəcək

Bakı, 20 avqust, AZƏRTAC

Bir neçə gündən sonra Paralimpiya Oyunlarına start veriləcək. Avqustun 24-də Tokioda möhtəşəm açılış olacaq. Bu gün komandamız böyük bir heyətlə Yaponiyaya yola düşür.

AZƏRTAC xəbər verir ki, bu sözləri paralimpiya yığmamızın yolasalma mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov jurnalistlərə açıqlamasında söyləyib.

O deyib: “Tokio Paralimpiya Oyunlarına rekord sayda idmançı ilə qatılırıq. Paralimpiyaçılarımız idmanın 47 növündə mübarizə aparacaqlar. Bunu çəkinmədən deyə bilərəm ki, əvvəlki Paralimpiya Oyunlarına gedən komandalarımızla müqayisədə Tokioya gedən yığmamız ən güclü komandadır. İnanıram ki, komandamız Tokioda ölkəmizi layiqincə təmsil edəcək və Azərbaycan idmanının nəyə qadir olduğunu göstərəcək. Uzaq Gündoğar ölkədə Azərbaycanın himni mütləq səslənəcək və bayrağı dalğalanacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.