CƏMİYYƏT


İlqar Səfərov: 1991-ci ildən bəri 3336 nəfər mina partlayışının qurbanı olub

Bakı, 6 oktyabr, AZƏRTAC

Erməni silahlı qüvvələrinin azərbaycanlı hərbçilərə və mülki şəxslərə qarşı terroru bu gün də mina insidentləri ilə davam edir. 1991-2022 tarixləri arasında Azərbaycanda mina qurbanlarının ümumi sayı 3336 nəfər təşkil edib. Onlardan kasetli sursatların partlaması nəticəsində həlak olan və xəsarət alanlar 131 nəfər, uşaq və azyaşlı 357 nəfər, qadınlar 38 nəfərdir.

AZƏRTAC xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov deyib.

“2020-ci ilin noyabr - 2022-ci ilin 6 oktyabr tarixləri arasında, mina partlayışları nəticəsində 44 nəfər həlak olub, 213 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərər çəkib. Bu dövr ərzində həlak olan və zərərçəkənlərin cəmi sayı 257 nəfər təşkil edib. Onlardan 9-u uşaq, 1-i qadın, 3 nəfər isə media nümayəndəsidir. Bu şəxslərin 147 nəfəri keçmiş təmas xəttindən kənarda baş vermiş mina insidentlərinin qurbanları olub”, - deyə İlqar Səfərov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.