CƏMİYYƏT
İlqar Səfərov: Baş Prokurorluğunun İstintaq İdarəsində Gəncə hadisələri ilə bağlı təhqiqatlar aparılır
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində Gəncə hadisələri ilə bağlı təhqiqatlar aparılır.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov oktyabrın 11-də Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terror aktının ikinci ildönümü ilə əlaqədar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən dəyirmi masada söyləyib.
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin 2020-ci ilin oktyabrında dəfələrlə raket və artilleriya hücumuna məruz qaldığını qeyd edən Baş Prokurorluğun nümayəndəsi bildirib ki, bu hadisələr zamanı 6 ailənin bütün üzvləri tamamilə qətlə yetirilib. Bu, insanlığa zidd olan düşünülmüş terror aktıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:21]
Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb
- 24.04.2024 [16:39]