MƏDƏNİYYƏT


İlyas Əfəndiyev yaradıcılığı Serbiyanın ədəbiyyat portalında

Bakı, 2 iyul, AZƏRTAC

Serbiyanın populyar “İstoçni biser” (“Şərqin incisi”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İlyas Əfəndiyevin serb dilinə tərcümə olunmuş “Yun şal” hekayəsinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, məşhur serb yazıçısı və tərcüməçisi Yovan Zmayın kitabının adını daşıyan “İstoçni biser” portalı əsasən Şərq ədəbiyyatından seçmə nümunələrə yer ayırır.

Yovan Zmay Mirzə Şəfi Vazeh, Hafiz, Ömər Xəyyam kimi dünya ədiblərinin əsərlərini serb dilinə tərcümə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.