CƏMİYYƏT


İlyas İsmayıllı: Dünya Skaut Hərəkatı Təşkilatı və ölkəmizə gələn qonaqlar Bakı konfransından çox razı qaldılar

Bakı, 18 avqust, AZƏRTAC 

Bakıda təşkil edilən 41-ci Dünya Skaut Konfransı mükəmməl keçdi. Dünya Skaut Hərəkatı Təşkilatı və ölkəmizə gələn qonaqlar tədbiri çox yüksək qiymətləndirdilər. Onlar dəfələrlə dedilər ki, konfrans çox yüksək səviyyədə təşkil olunub. Mənə yaxınlaşan hər kəs deyirdi ki, bilmirik siz necə etdiniz, lakin bunu bacardınız, ən yaxşı konfransı təşkil etdiniz.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Skautlar Assosiasiyasının prezidenti, Dünya Skautlar Komitəsinin yeni üzvü İlyas İsmayıllı deyib.

İlyas İsmayıllı bildirib ki, ilk dəfə məhz Bakıda Dünya Skaut Konfransına ev sahibliyi etdiyi üçün Azərbaycan Skautlar Assosiasiyasına xüsusi hədiyyə və təşəkkürnamə təqdim olundu. Bundan sonra bu, artıq ənənə halına çevriləcək. Dünya Skaut Konfransına ev sahibliyi edən milli skaut təşkilatlarına hədiyyə təqdim olunacaq. Bakıdan sonra 2020-ci ildə 42-ci Dünya Skaut Konfransı Misirdə keçiriləcək. Bu gün səhnədə bayrağı Misir nümayəndələrinə ötürəndə kədərləndim. Əsas həyəcan hisslərini 3 il bundan öncə Sloveniyada bu bayrağı təhvil alanda keçirmişdik. Fəxr edirik ki, bu konfransı bu cür yüksək səviyyədə təşkil etdik. Buna görə Azərbaycan dövlətinə bir daha minnətdarıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.