REGİONLAR


İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı

Ağsu, 6 avqust, AZƏRTAC 

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağsuda rayon Mədəniyyət Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində keçirilən tədbirdə səsləndirilib. Çiyni kəndindəki istirahət məkanında keçirilən tədbirdəki çıxışlarda vurğulanıb ki, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çoxsaylı araşdırmalar aparılıb. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb.

Çıxışlarda insanpərvərlik və azadlıq nəğməkarı İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə bu ilin “Nəsimi ili” elan olunduğu diqqətə çatdırılıb, Azərbaycanda, eləcə də Ağsuda bununla əlaqədar keçirilən tədbirlərdən danışılıb.

Tədbirdə Nəsiminin şeirlərinə bəstələnən mahnılar oxunub, qəzəlləri səsləndirilib. İştirakçılar, həmçinin şairin əsərlərindən ibarət kitab sərgisi ilə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.