CƏMİYYƏT


İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tələbələr arasında “breyn-rinq” yarışı keçirilib

Bakı, 11 mart, AZƏRTAC 

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “breyn-rinq” yarışı keçirilib.

AZƏRTAC İttifaqın saytına istinadla xəbər verir ki, yarışın məqsədi müasir Azərbaycan gəncliyinin intellektual səviyyəsinin artırılması, savadlılıq səviyyəsinin yüksəlməsi və gənclər arasında sağlam rəqabət amilinin formalaşmasından ibarət olub.

Gənclərin daim maraq göstərdiyi “breyn-rinq” yarışı hər zaman olduğu kimi, bu dəfə də gərgin mübarizə şəraitində keçib. Mübarizənin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin və Azərbaycan Texniki Universitetinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.