MƏDƏNİYYƏT


İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş müsabiqə təşkil edilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin təşkilatçılığı ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş intellektual müsabiqə keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqədə Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hərəsindən 2 komanda olmaqla 20 könüllü iştirak edib. Müsabiqədə ilkin olaraq 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsi Ələsgər Əhmədov çıxışında könüllülərə müsabiqənin qaydaları haqqında ətraflı məlumat verib. Müsabiqə 3 mərhələdən ibarət idi. Yarışma çərçivəsində iştirakçılar Nəsimi ilə bağlı suallara cavab veriblər.

Müsabiqədə fəal iştirak edən 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin komandaları yarışmadan qalib ayrılıb. Təşkilatçı mərkəzin rəhbərliyi tərəfindən mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.