ELM VƏ TƏHSİL
İmadəddin Nəsiminin əsərləri boşnak dilində çapdan çıxıb
Bakı, 31 mart, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin seçilmiş əsərləri boşnak dilinə tərcümə olunaraq çap edilib. Kitabın tərtibçisi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, ön sözün müəllifi elmi müəssisənin direktoru, akademik Teymur Kərimlidir. Nəşrin məsləhətçisi institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovadır.
Qeyd edək ki, şairin əsərləri Sarayevo Universitetinin türkoloq-şərqşünasları tərəfindən tərcümə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]