REGİONLAR


İmadəddin Nəsiminin xatirəsinə böyük ehtiram – Tərtərdən FOTOREPORTAJ VİDEO

Tərtər, 6 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə böyük həvəslə qoşulan tərtərlilər genişmiqyaslı kampaniyada yüksək fəallıq göstəriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi məqsədilə ağac əkini üçün nəzərdə tutulan ərazilər əvvəlcədən təmizlənib, hamarlanıb, cızlar çəkilib, çalalar qazılıb, əkinə tam hazır vəziyyətə gətirilib.

Tərtərlilər aksiya çərçivəsində Tərtər-Bərdə, Tərtər-Hindarx, Tərtər-Şıxarx, Tərtər-Gəncə avtomobil yollarının kənarlarında, Tərtər şəhərində və rayonun kəndlərində minlərlə şam, göyrüc, akasiya, iydə, çinar, sərv və meyvə ağacları əkirlər. Ağac əkilən ərazilərdə abadlıq-təmizlik işləri aparılır, ağaclara aqrotexniki qulluq göstərilir və suvarılması həyata keçirilir.

Ağacəkmə aksiyası rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin təqdim etdiyi musiqi sədaları altında bayram əhval-ruhiyyəsi ilə həyata keçirilir.

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü dahi şairin xatirəsinə ehtiramla yanaşı, ətraf mühitin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Bu humanitar təşəbbüs dünya xalqlarının diqqətini Azərbaycana, mütəfəkkir şair Nəsimi irsinə cəlb etməklə, Azərbaycan mədəniyyətini, mənəviyyatını və dəyərlərini təbliğ edir. Eyni zamanda, ekoloji mühitin sağlamlaşdırılmasına böyük töhfədir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.