MƏDƏNİYYƏT


İmadəddin Nəsimiyə həsr olunmuş mənzum dram işıq üzü görüb

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin nəşrləri sırasında yazıçı Sayman Aruzun İmadəddin Nəsimi yaradıcılığına həsr etdiyi “Nəsimi” adlı fəlsəfi-psixoloji mənzum dram əsəri işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, müəllif əsərdə müxtəlif ədəbi-tarixi obrazlar, o cümlədən Şəms Təbrizi, Nəimi, Həllac, Babək, Şeyx Heydər və Şah İsmayıl Xətai kimi görkəmli Azərbaycan şəxsiyyətlərindən istifadə edərək Nəsimi təfəkkürünü açmağa çalışıb və onun Azərbaycan cəmiyyətinin indi və gələcək həyatındakı rolundan bəhs edib. Dramın girişi ilk olaraq Nəimi və Nəsiminin sözləri ilə başlasa da, sonda Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Şah İsmayıl Xətainin kəlamları ilə sona çatır.

Əsər əruz vəznində, Nəsimi dəstxətinə uyğun formada qələmə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.