MƏDƏNİYYƏT


İmadəddin Nəsimiyə həsr olunmuş rəsm müsabiqəsi elan edilib

Bakı, 13 iyul, AZƏRTAC

Bakı Kitab Mərkəzi 6-14 yaşlı uşaqlar və yeniyetmələr arasında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş rəsm müsabiqəsi elan edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, rəsmlər Nəsimini və ya onun əsərlərindəki qəhrəmanları və obrazları əks etdirməlidir.

Rəsm əsəri yağlı boya, karandaş, akvarel, quaş, flomaster, qrafika və s. texnikalarla işlənə bilər. Onun əks tərəfində iştirakçının adı, soyadı, təvəllüdü və əlaqə nömrəsi yazılmalıdır.

Əsərlər avqustun 10-dək Bakı Kitab Mərkəzinə təqdim edilməlidir.

Müsabiqədə fərqlənən iştirakçılara diplomlar, müxtəlif hədiyyələr təqdim olunacaq. Ən yaxşı əsərlər yekun sərgidə nümayiş ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.