MƏDƏNİYYƏT


İmadəddin Nəsimiyə həsr olunmuş yeni albomun təqdimatı olub

Bakı, 9 oktyabr, AZƏRTAC

Bakıda şair İmadəddin Nəsimiyə həsr olunmuş yeni albomunun təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, “YARAT” Müasir İncəsənət Mərkəzində gerçəkləşən təqdimat mərasimi məşhur “Les Gardiens Du Silence” musiqi qrupunun iştirakı ilə reallaşıb.

2015-ci ildə əsası qoyulmuş qrup, musiqinin mistik imkanlarının öyrənilməsi ilə məşğul olur. Qrup Misir, Şumer, Babil və Yunanıstan kimi qədim dövlətlərin musiqi və mədəniyyətlərinə əsaslanaraq yaradılıb. 2017-ci ildə kollektiv “Divine Balance: Feminine. Divinity” adlı ilk albomunu buraxıb. Onların musiqisi əsasən qəlbin rahatlığı, meditasiya, özünü dərk etmək üçün istifadə olunur. Janrları isə dünya musiqisi, yeni dövr musiqisi, etno-ruhi və qədim folk musiqisini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.