REGİONLAR


İmişli iqtisadiyyatında məhsul buraxılışının həcmi 14,1 faiz artıb

İmişli, 16 avqust, Aydın Yavərzadə, AZƏRTAC

2022-ci ilin yanvar-iyun aylarında İmişli rayonu iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi faktiki qiymətlərlə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz və ya 46 milyon 688,0 min manat artaraq, 378,0 milyon 797,9 min manat olub.

İmişli Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, məhsul buraxılışında istehsalın xüsusi çəkisi 85,2 faiz, xidmət sahələrinin payı isə 14,8 faiz səviyyəsində olub. 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə istehsal sahəsində 13,6 faiz, xidmət sahəsində isə 16,8 faiz artım qeydə alınıb.

Bu dövrdə faktiki qiymətlərlə sənayedə 205 milyon 322,4 min manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 88 milyon 739,7 min manatlıq, tikintidə 28 milyon 723,6 min manatlıq, nəqliyyat və anbar təsərrüfatında 4 milyon 262,7 min manatlıq, informasiya və rabitədə 514,7 min manatlıq və ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 51 milyon 234,8 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.