İDMAN


“İmişli” komandası Cocuq Mərcanlıda keçirilən turnirin qalibi olub

Bakı, 14 sentyabr, AZƏRTAC

Cəbrayılın Cocuq Mərcanlı kəndində AFFA tərəfindən inşa olunmuş süni örtüklü futbol meydançasında “Cəsur ürəklər” layihəsi çərçivəsində turnir keçirilib.

AFFA-dan AZƏRTAC-a bildiriblər ki, “Füzuli”, “Lokomotiv” (Beyləqan), “İmişli”, “Zobucuq”, “Cocuq Mərcanlı”, “Böyük Bəhmənli” və “Araz Yağlıvənd” komandalarının iştirak etdiyi turnirin qalibi “İmişli” komandası olub. İkinci və üçüncü yeri müvafiq olaraq “Zobucuq” və “Lokomotiv” komandaları tutublar.

Qalib gələn komandalara AFFA tərəfindən kubok, medal və idman ləvazimatı hədiyyə edilib. Həmçinin layihə çərçivəsində Cocuq Mərcanlı qəsəbəsində yaşayan ailələr üçün UNICEF tərəfindən “Uşaqlarda davranış problemləri” adlı treninq keçirilib. Treninq çərçivəsində valideynlərlə davranış problemləri barədə interaktiv şəkildə müzakirələr aparılıb, yarana biləcək fəsadlar və onların aradan qaldırılması haqda məlumat verilib.

Qeyd edək ki, AFFA-nın ötən ilin sonlarında irəli sürdüyü “Brave Hearts” (Cəsur ürəklər) adlı layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.