CƏMİYYƏT


İmişli rayon sakinindən hədə-qorxu ilə altı min manat məbləğində pul alan şəxs saxlanılıb

Bakı, 16 sentyabr, AZƏRTAC 

İmişli Rayon Polis Şöbəsinə müraciət edən Otuziki kənd sakini Z.Uğurluyev sentyabrın 15-də ona hədə-qorxu gəlindiyini və 8 min manat pul tələb olunduğunu bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qızılkənd kənd sakini E.Əliyev Z.Uğurluyevdən 6 min manat məbləğində pulu alarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.