İQTİSADİYYAT


İmişli rayonunda elektrik enerjisi istehlakı 5,9 milyon kilovat-saat artıb

Bakı, 7 oktyabr (AZƏRTAC). İmişli rayonunun elektrik təsərrüfatında həyata keçirilən yenidənqurma işlərinin miqyası genişlənir. Eyni zamanda istehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri aparılır.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “İmişli” Elektrik Şəbəkəsi Müəssisəsində ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 milyon kilovat-saatdan çox artaraq 144 milyon kilovat-saata yaxın olub. Daimi əhali istehlakçı qrupunda istehlak 5,6 milyon kilovat-saatdan çox artıb. Ödənişdə isə müvafiq olaraq 9 faiz və 11 faiz artım qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.