CƏMİYYƏT


İmişli rayonunda su qovşağında kişi meyiti tapılıb

Bakı, 16 iyul, AZƏRTAC

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Bəhrəmtəpə Hidroqovşağı İstismarı İdarəsinin fəaliyyət göstərdiyi ərazidə Araz çayından ayrılan “Platina” adlanan su qovşağında 60-70 yaşlarında naməlum kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, onun ehtiyatsızlıqdan su qovşağına yıxılaraq boğulduğu ehtimal edilir.

Aşkarlanan meyit arıq bədən quruluşlu, boyu 171 santimetrdir. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in 102 - Zəng Mərkəzi Xidmətinə, həmçinin İmişli Rayon Polis Şöbəsinə (02124 6-60-13 şəhər və 050-359-03-33; 055 231-00-32 mobil nömrələrinə) zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.