CƏMİYYƏT


İmişli regional ədliyyə idarəsində İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub

Bakı, 16 noyabr, AZƏRTAC

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə ədəbi-bədii tədbir keçirilib.

İmişli regional ədliyyə idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən idarənin rəisi Hakim Məmmədov 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 yanvar tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb və bununla bağlı silsilə tədbirlərin keçirildiyini deyib. Bildirilib ki, Nəsiminin 650 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyinin də iş planında bir sıra tədbirlərin təşkili nəzərdə tutulub. H.Məmmədov 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunmasının xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılandığını deyib.

Sonra İmişli regional ədliyyə idarəsinin əməkdaşı İlkin Savalan görkəmli şairin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Tədbirdə ilahiyyatçı alim Hacı Mail Hacıyev, filoloq - dil və ədəbiyyat müəllimləri Fərhad Cəfərov və Mirzeynal Fəttah, rayon ağsaqqalı və Nəsimi yaradıcılığını sevən Məmməd Məmmədov, İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Rüfət Qasımov olduqca enerjili, poetik və üsyankar şair İmadəddin Nəsiminin yaradıcılığından danışıblar.

Sonda İmişli şəhər 8 saylı tam orta məktəbin şagirdləri şairin şeirlərini söyləyiblər. Həmçinin İmişli rayon uşaq incəsənət məktəbinin şagirdləri sözləri İmadəddin Nəsimiyə aid muğam ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.