CƏMİYYƏT
İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Saatlıda bələdiyyə nümayəndələri üçün seminar keçirilib
Bakı, 13 sentyabr, AZƏRTAC
Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə sentyabrın 13-də Saatlı şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.
İmişli regional ədliyyə idarəsindən AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Həmçinin İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov və idarənin əməkdaşı Ruslan İsmayılov bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, bələdiyyə aktlarının qəbulu və icrası, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, nağdsız hesablaşmalar və onların məqsədi barədə danışıblar. Həmçinin bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri, bələdiyyə torpaqlarının idarə olunmasının əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri, dini radikalizmə və dini ekstremizmə qarşı mübarizədə bələdiyyələrin rolu qanunçuluğun təmin edilməsi mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Seminarda İmişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.