REGİONLAR
İmişli sakinindən narkotik və odlu silah götürülüb VİDEO
İmişli, 22 iyun, Aydın Yavərzadə, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Göbəktala kənd sakini Sakit Ağayev saxlanılıb.
İmişli Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Nazim Hümbətovun sözlərinə görə, Sakit Ağayevə məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan heroin və bir ədəd müvafiq sənədləri olmayan odlu silah, həyətyanı sahədən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 7 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Saxlanılan şəxs Sakit Ağayev əməllərini etiraf edib və peşman olduğunu söyləyib.
Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.