REGİONLAR


İmişli və Biləsuvarda kollektorlar lildən təmizlənir VİDEO

Bakı, 26 oktyabr, AZƏRTAC

Bəhramtəpə Melioservis İdarəsi İmişlidə və Biləsuvarda kollektorları lildən təmizləyir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Bəhramtəpə Melioservis İdarəsi təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və kollektor drenaj sistemlərinin lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması, o cümlədən torpaq məcralı kanalların beton üzlüyə alınması işlərini həyata keçirir. Hazırda idarənin texnikaları İmişli rayonu ərazisində kollektor-drenaj şəbəkəsini lildən təmizləyir. Bununla da kollektora yaxın ərazilərdə yerləşən torpaqların şoranlaşmasının qarşısı alınır və əkinəyararlı hala gəlir. Uzun illər əkin aparılmayan torpaqlar meliorativ cəhətdən keyfiyyətli torpaqlara çevrilir.

Bəhramtəpə Melioservis İdarəsi İmişli rayonu ilə yanaşı, Biləsuvar rayonunda da meliorativ tədbirləri davam etdirir. Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan fermerlərin su təminatının yaxşılaşdırılması məqsədilə əkin sahələrinin yaxınlığından keçən kollektor-drenaj şəbəkələrinin təmizlənməsi üçün əraziyə texnikalar cəlb olunub.

Qeyd edək ki, Bəhramtəpə Melioservis İdarəsi İmişli və Biləsuvar rayonlarının bir çox kəndlərində və ərazilərində kollektor-drenaj şəbəkələrinin və torpaq məcralı kanalların lildən təmizlənməsi işlərini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.