CƏMİYYƏT


İmişli və Tərtər rayonlarının sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb

Bakı, 26 sentyabr, AZƏRTAC

Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakinləri B.Qanbayevdən və A.İsmayılovdan müvafiq sənədləri olmayan “IJ-16” markalı iki ov tüfəngi götürülüb.

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Rəcəbəyli kənd sakini R.Şirinovun yaşadığı evdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkarlanıb.

Hər iki faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.