REGİONLAR


İmişlidə 10 min 616 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb

İmişli, 14 iyun, Mahir Babayev, AZƏRTAC

İmişlidə yazlıq bitkilərin əkini başa çatıb. Əkinə vaxtında başlayan fermerlər dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəkdən və verilən əlavə subsidiyalardan yararlanaraq 10 min 616,7 hektar sahədə yazlıq bitkilər əkiblər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkin aparılmış sahələrin 164 hektarını qarğıdalı, 1411 hektarını təzə yonca, 7 min 492 hektarını pambıq, 176,8 hektarını kartof, 178 hektarını tərəvəz, 255,5 hektarını bostan bitkiləri, 917,6 hektarını isə çuğundur təşkil edir.

Yazlıq bitkilər əkinini başa çatdıran torpaq mülkiyyətçiləri sahələrdən bol məhsul götürmək üçün hazırda becərmə işləri aparır, bitkilər yemləmə gübrəsi və suvarma suyu ilə təmin olunur, ərazi alaq otlarından təmizlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.