REGİONLAR


İmişlidə 11 min hektar sahədə payızlıq taxıl əkilib

İmişli, 19 noyabr, Mahir Babayev, AZƏRTAC 

İmişlidə taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını artırır. İndi rayonda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və taxıl istehsalı ilbəil artır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzi AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə 17 min 150 hektar taxıl sahəsindən ümumilikdə 67 min 109 ton məhsul götürən fermerlər bu göstəricini növbəti təsərrüfat ilində daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 21 min 960 hektar sahədə şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin aqreqatları, müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar. Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 11 min 560 hektar sahədə səpin aparıblar ki, bunun da 6 min 340 hektarını arpa, 5 min 220 hektarı isə buğda sahəsidir. Əkinçilər hər gün 300–350 hektar sahəyə toxum səpirlər. Taxılçılar, həmçinin 135 hektar sahədə yaşıl yem üçün xəsil əkiblər. Rayonun Cəfərli, Əliqulular, Oruclu, Qızılkənd kəndlərində fəaliyyət göstərən fermerlər taxıl səpinində daha fəal iştirak edir, kampaniyanı optimal müddətdə başa çatdırmaq üçün var-qüvvə ilə çalışırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.