REGİONLAR


İmişlidə 9571,4 hektar sahədə yazlıq əkin aparılıb

İmişli, 9 iyun, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonu üzrə təsərrüfatlarda yaz-tarla işləri başa çatmaq üzrədir. Bu günə kimi 9571,4 hektar sahədə yazlıq əkin aparılıb.

İmişli Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2022-ci ilin yanvar-may aylarında əkilən 9571,4 hektar yazlıq əkin sahələrinin 1695,0 hektarını yonca, 122,6 hektarını kartof, 179,4 hektarını tərəvəz, 273,5 hektarını bostan, 7011,9 hektarını pambıq, 6,0 hektarını yem şəkər çuğunduru, 87,0 hektarını birillik otlar, 17,0 hektarını dənli paxlalılar, 179,0 hektarını isə qarğıdalı təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.