HEYDƏR ƏLİYEV - 100


İmişlidə “Heydər Əliyev İli”nə həsr olunan şahmat turnirinin qalibləri mükafatlandırılıb

İmişli, 10 mart, Aydın Yavərzadə, AZƏRTAC

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və İmişli Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunan şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev ümumxalq sevgisini öz müdrikliyi, gördüyü misilsiz işlər və əvəzsiz xidmətləri ilə qazanıb. Bildirilib ki, Ulu Öndərin rəhbərliyi dövründə müstəqil Azərbaycan beynəlxalq aləmdə həm də bir idman ölkəsi kimi tanınıb.

Çıxışlarda bu gün Prezident İlham Əliyev tərəfindən idman və bədən tərbiyəsinin inkişafının da daim diqqətdə saxlanıldığı vurğulanıb.

Sonda şahmat turnirində qalib gələn şagirdlərə diplom və medallar təqdim edilib.

Qeyd edək ki, şahmat turniri 2009-2014-cü il təvəllüdlü İmişli rayon məktəbliləri arasında keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.