REGİONLAR


İmişlidə “Könüllü veloyürüşü” keçirilib

İmişli, 13 iyun, Mahir Babayev, AZƏRTAC

İyunun 13-də İmişlidə rayon icra hakimiyyəti və İmişli Regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Könüllü veloyürüşü” təşkil olunub. Yürüşdə 50-yə yaxın könüllü velosipedçi iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, yeniyetmə və gənclər, yüzlərlə şəhər sakini iştirak edib.

Veloyürüşün keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi misilsiz xidmətlərin diqqətə çatdırılması, həmçinin gənclər arasında sağlam həyat tərzinin təbliği, onların asudə vaxtının səmərəli təşkilindən ibarət olub.

“ASAN xidmət” Mərkəzinin önündə keçirilən tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söhbət açıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkənin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatının bütün sahələrində irəliləyişlər əldə olundu, ictimai siyasi sabitlik bərpa edildi. Natiqlər ölkəmizin hazırkı sürətli sosial-iqtisadi inkişafını, regionda lider dövlətə çevrilməsini məhz Ümummilli Liderin təməlini qoyduğu siyasətin nəticəsi kimi dəyərləndiriblər.

Rəsmi hissə başa çatdıqdan sonra veloyürüşə start verilib. Yürüş İmişli Regional “ASAN xidmət” Mərkəzinin qarşısından start götürüb və 3 kilometr məsafə qət olunaraq Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.