REGİONLAR


İmişlidə avtomobilə konstruksiya dəyişikliyi edən sürücü saxlanılıb

İmişli, 25 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbirlərlə avtomobildə konstruksiya dəyişikliyi edən sürücü, rayon sakini Ş.İsgəndərli idarə etdiyi nəqliyyat vasitəsilə saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilib.

Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol vermiş gənclə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyini bildiriblər. Qaydaları pozan sürücü barəsində qanunamüvafiq tədbir görülüb və o, 150 manat məbləğində cərimə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.