REGİONLAR


İmişlidə baş verən qəzada 2 nəfər ölüb, 1 nəfər yaralanıb VİDEO

İmişli, 7 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə motosiklet və minik maşını toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 1nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün saat 21 radələrində İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Cəfərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Əliqulular kənd sakini Əhmədov Teymur Kamran oğlunun idarə etdiyi 30-BG-015 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik maşını və Əliqulular kənd sakini 1987-ci il təvəllüdlü Şiraslanov Zamin Bəhlul oğlunun idarə etdiyi motosiklet toqquşub. Hadisə zamanı motosikletdə olan sərnişin, Əliqulular kənd sakini 1989-cu il təvəllüdlü Şiraslanov Kamil Zülfü oğlu hadisə yerində ölüb. Motosikletin sürücüsü və digər sərnişin Əliqulular kənd sakini 2007-ci il təvəllüdlü Musayev Elbay Xasay oğlu yaralı vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Motosikletin sürücüsü Şiraslanov Zamin Bəhlul oğlunun aldığı xəsarətlər ağır olduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.