REGİONLAR


İmişlidə brakonyerliyə qarşı reyd zamanı qanunsuz ov qurğuları məhv edilib VİDEO

Saatlı, 18 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının və Azərbaycan Balıqçılar İttifaqının nümayəndələrinin iştirakı ilə Araz çayının rayon ərazisindəki hissələrində, eləcə də bir neçə su kanalında qanunsuz balıq ovuna qarşı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, reyd zamanı su hövzələri boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar polis əməkdaşları tərəfindən sudan çıxarılıb. Bundan əlavə, reyd zamanı brakonyerlərin istifadə etdiyi taxta qayıqlar, rezin təkərlər, kanalların bir neçə hissəsində balıq ovu üçün istifadə olunan qurğular da aşkarlanaraq sudan çıxarılıb.

İstifadəsi qanunla qadağan edilmiş vasitələrin hamısı həmin ərazidə yandırılaraq məhv edilib.

Reyd zamanı torlarda aşkarlanan diri balıqlar isə yenidən suya buraxılıb. Bu istiqamətdə tədbirlər RPŞ-nin əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.