İDMAN


İmişlidə budo üzrə XI açıq Azərbaycan çempionatı keçiriləcək

Bakı, 9 fevral, AZƏRTAC

Fevralın 10-da İmişli Olimpiya İdman Kompleksində budo döyüş növləri üzrə XI açıq Azərbaycan çempionatı təşkil olunacaq. Yarışlar Gənclər və İdman Nazirliyinin və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Azərbaycan Budo Döyüş Növləri Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatda rayon və şəhərlərdən 50-yə yaxın idman klubu iştirak edəcək.

Çempionatda idmançılar uşaqlar (7-9 yaş), yeniyetmələr (10-12, 13-15 yaş), gənclər (16-18 yaş) və böyüklər (18 yaşdan yuxarı) kateqoriyalarında mübarizə aparacaqlar. Yarışlar semi kontakt, full kontakt, fri kontakt, layt kontak, sabaki citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.