REGİONLAR
İmişlidə çuğundur sahələrində bol məhsul yetişib
İmişli, 3 oktyabr, Mahir Babayev, AZƏRTAC
Bir neçə gündür ki, İmişlidə şəkər çuğundurunun yığımına başlanılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il İmişlidə 215 hektar sahədə çuğundur əkilib. Cari ildə havaların təsərrüfat işləri üçün əlverişli keçməsi və fermerlərin “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində plantasiyalarda bol məhsul yetişib. Torpaq mülkiyyətçiləri havaların əlverişli keçməsindən yararlanaraq yığımı tez bir zamanda yekunlaşdırmağa çalışırlar. İndiyədək plantasiyalardan 1022 tondan çox məhsul yığılıb.
Fermer Yadulla Əsgərovun dediyinə görə, yığılmış sahələrin məhsuldarlığı orta hesabla 40-45 tona çatır ki, bu da ötənilki göstəricidən xeyli yüksəkdir. Ötən il çuğundur sahələrindən 2 min 321 ton məhsul yığılıb. Əldə olunan ilk nəticələr göstərir ki, bu il məhsul ötən ildəkindən çox olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]