REGİONLAR


İmişlidə çuğundur sahələrindən indiyədək 3 min tondan çox məhsul yığılıb

İmişli, 6 noyabr, Mahir Babayev, AZƏRTAC

Bu il İmişlidə 109 hektar sahədə çuğundur becərilib və indiyədək 3 min 305 tondan çox məhsul yığılıb.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə rayon Statistika İdarəsindən bildiriblər.

Torpaq mülkiyyətçilərinin “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Yığılmış sahələrin hər hektarının məhsuldarlığı orta hesabla 45 sentnerə çatır. Bu da ötən ildəkindən 12 sentner çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.