İDMAN


İmişlidə cüdo üzrə region birinciliyinə yekun vurulub

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə bölgə birincilikləri davam edir.

AZƏRTAC xəbər verir ki, İmişlidə keçirilən region birinciliyində 2002-2004-cü il təvəllüdlü cüdoçular arasında bütün qaliblərin adlarına aydınlıq gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Camal Ələsgərov (46 kq), Heydərli Quliyev (50 kq), Səmid Qarayev (55 kq), Mirrəfli Bağırov (60 kq), Anar Abbasov (66 kq), Səid Orucov (73 kq) və İsaq Mirzəyev (90 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Mükafatçılara Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.