REGİONLAR


İmişlidə əsas kapitala yönəldilən investisiyanın 76,7 faizi tikinti-quruculuq işlərinin payına düşüb

İmişli, 21 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Ötən il İmişli rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bir sıra mühüm işlər görülüb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata, görə 2021-ci ilin yanvar-dekabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 32678,7 min manat investisiya yönəldilib. Əsas kapitala yönəldilən investisiyanın 17599,1 min manatı, yəni 53,9 faizi dövlət, 15079,6 min manatı, yəni 46,2 faizi qeyri-dövlət mülkiyyətinə aiddir. Əsas kapitala yönəldilən investisiyanın 25064,6 min manatını (76,7 faizini) tikinti-quraşdırma işləri təşkil edib. 2021-ci ildə bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13929,7 min manat və ya 35,7 faiz azalıb.

Podratçı təşkilatlar tərəfindən 111896,1 min manatlıq tikinti-quraşdırma işləri görülüb ki, bu da keçən ilin müvafiq dövründən 2,1 dəfə, yəni 57830,6 min manat çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.