REGİONLAR
İmişlidə əsas kapitala yönəldilən investisiyanın həcmi 27 milyon manatdan çox olub

İmişli, 8 avqust, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə cari ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 27 milyon 296,1 min manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövründən 13 milyon 38,4 min manat, yəni 94,1 faiz çoxdur.
İmişli Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əsas kapitala yönəldilmiş investisiyanın 21 milyon 145,8 min manatı, yəni 77,5 faizi dövlət, 6 milyon 150,3 min manatı, yəni 22,5 faizi qeyri-dövlət mülkiyyətinə aiddir. Əsas kapitala yönəldilmiş investisiyanın 21 milyon 503,7 min manatını və ya 78,8 faizini tikinti quraşdırma işləri təşkil edib. 2022-ci ilin yanvar-iyun aylarında bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 152.5 min manat və ya 2.1dəfə artıb.