REGİONLAR


İmişlidə fərdi yaşayış evi son anda yanğından xilas edilib VİDEO

İmişli, 14 iyul, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə yanğın hadisəsi baş verib. Həyətyanı sahədə başlayan alov fərdi yaşayış evinə keçsə də son anda qarşısı alınaraq ev yanğından mühafizə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi bu gün saat 19 radələrində İmişli rayonu Qulubəyli kəndində qeydə alınıb. Kənd sakini Valeh Əliyevə məxsus həyətyanı ərazidə olan kol-koslu sahədə alov başlayıb. Yanğın qısa müddətdə şiddətlənərək ətraf ərazilərə yayılıb. Hadisə yerinə İmişli Rayon Yanğında Mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı həyətdə yerləşən ümumi sahəsi 80 kvadratmetr olan 1 mərtəbəli fərdi yaşayış evinin 1 ədəd pəncərə çərçivəsi yanıb, evin qalan hissəsi və əşyaları alovdan xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.