REGİONLAR


İmişlidə fərdi yaşayış evində yanğın baş verib

İmişli, 5 may, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə fərdi yaşayış evində yanğın olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Oruclu kəndində saat 18 radələrində baş verib. Adıçəkilən kəndin sakini Abduləzimov İlqar Famil oğluna məxsus ikimərtəbəli evdə başlayan alov anidən güclənib. Hadisə nəticəsində xəsarət alan olmasa da, evin birinci mərtəbəsində 20 kvadratmetrlik otaq içərisindəki əşyalarla birlikdə yararsız hala düşüb.

Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb və evin qalan 170 kvadratmetri yanğından mühafizə edilib.

İlkin ehtimala görə, yanğın elektrik naqilində baş verən qısa qapanmadan yaranıb. Fakt araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.