REGİONLAR


İmişlidə istixanalardan 105 ton pomidor yığılıb

İmişli, 3 iyun, Mahir Babayev, AZƏRTAC

İmişlidə son illər istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan imişlili fermerlər bu il daxili və xarici bazarlara yüz tonlarla məhsul çıxarmaqla ölkəmizə daha çox valyuta gətirmək niyyətindədirlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, xeyli vaxtdır rayonun ayrı-ayrı yaşayış məntəqələrinin ərazisində fəaliyyət göstərən istixana kompleksində pomidor yığımı aparılır və indiyədək 105 ton məhsul toplanılıb. Tədarük olunan məhsulun əksər hissəsi daxili bazarlara göndərilir. Qiyməti də təsərrüfat sahiblərini qane edir. Sahibkar Səlahət Qafarov bildirib ki, indiyədək 40 tondan çox məhsul tədarük edərək yerli bazarlara göndərib. Hələ istixanada məhsulu çoxdur. Təxmini hesablamalara görə bundan sonra bazarlara daha 5-6 ton da pomidor göndərə biləcək.

Qeyd edək ki, İmişlidə 7.6 hektar ərazisi olan 7 istixana kompleksi mövcuddur. Hazırda rayonun Otuzikilər, Murğuzalılı, Qaradonlu və Göbəktala kəndlərində yeni istixanalar da yaradılır ki, yaxın vaxtlarda bu komplekslərdə də tərəvəz yetişdirilməsinə başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.