REGİONLAR


İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimələnib

İmişli, 5 aprel, Mahir Babayev, AZƏRTAC

İmişli rayonunda karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulmasının qarşısının alınması istiqamətində rayon ərazisində profilaktik və maarifləndirici tədbirlər davam etdirilir, qaydalara əməl etməyən sakinlər barəsində inzibati tədbirlər görülür. Bu günədək rayon ərazisində xüsusi karantin rejimi qaydalarını pozan 20 sakin və 2 iaşə obyekti barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və onlar cərimə ediliblər.

Görülən tədbirlər nəticəsində rayon ərazisində karantin rejiminə ciddi əməl olunmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.