MƏDƏNİYYƏT


İmişlidə kitabxana işçiləri iki ailəyə yardım göstəriblər

Bakı, 28 iyul, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən sosial dəstəyə ehtiyacı olan aztəminatlı, kimsəsiz və tənha yaşayan rayon sakinlərinə maddi yardımlar göstərilməsi sahəsində müvafiq işlər davam etdirilir.

Kürdəmir Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, kitabxana işçiləri Qaradonlu kənd kitabxana filialının əməkdaşları Aidə Musayeva və Elariz Əliyevin evlərinə gedərək onlara baş çəkib, qayğıları ilə maraqlanıb və hər iki ailəyə maddi yardım göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.