REGİONLAR
İmişlidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
İmişli, 14 fevral, Mahir Babayev, AZƏRTAC
İmişlidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşının alınması məqsədi ilə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Çaxırlı kəndi ərazisində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sultanov Bəhlul Bəhram oğlu və Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Abbasov Vüqar Tahirmirzə oğlu saxlanılıb.
B.Sultanovun idarə etdiyi 90-GR-062 dövlət nömrə nişanlı KİA markalı avtomobilə baxış keçirilən zaman maşından 2,8 kiloqram heroin, 835 qram metefatamin aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.