REGİONLAR


İmişlidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

İmişli, 25 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan O.Babazadə və A.Həsənovun üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı analoji əməllə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə heroin aşkarlanıb.

Faktlarla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar aparılır. Narkotik vasitələrin mənbəyinin müəyyən olunması istiqamətində əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.