REGİONLAR


İmişlidə obyektdə baş verən yanğın söndürülüb VİDEO

İmişli, 29 iyul, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə yanğın hadisəsi qeydə alınıb. Hadisə nəticəsində iki mərtəbəli çay evinin üst mərtəbəsi əşyaları ilə birlikdə yanaraq kül olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi İmişli rayon sakini Mənsimov Müşfiq Cəmil oğluna məxsus çayxanada qeydə alınıb. Ümumi sahəsi 360 kvadratmetr olan iki mərtəbəli binada qeydə alınan yanğının söndürülməsi üçün İmişli Rayon Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi hadisə yerinə cəlb edilib. Alov söndürələrək ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb. Binanın 1-ci mərtəbəsi yanğından mühafizə edilib. Fakt araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.