CƏMİYYƏT


İmişlidə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlandı

Bakı, 23 may, AZƏRTAC

İmişli rayonunda 95 kiloqram istehlaka yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları tərəfindən daxil olan məlumat əsasında 22 may tarixində, axşam saat 19:30 radələrində Ağcabədi rayon sakini Rəhimov Elçin Namizəd oğluna məxsus avtomobilə baxış keçirilib.

AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə kəsilən, istehlaka yararsız 95 kiloqram iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. İlkin araşdırmalar zamanı heyvan cəmdəyinin satış məqsədi ilə Ağcabədidən Bakıya daşındığı məlum olub.

Heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Aparılan müayinələrin nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.