REGİONLAR


İmişlidə ötən il süni mayalanma üsulu ilə 1510 baş buzov alınıb

İmişli, 16 yanvar, Mahir Babayev, AZƏRTAC

İmişlidə heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə etmələrinə marağı daha da artırıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda İmişlidə 6 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Onlardan 4-ü əsas, 2-si isə yardımçı məntəqələrdir.

Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 2517 baş inək və düyədən 1510 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara, ümumilikdə, 151 min manat subsidiya ödənilib.

Qeyd edək ki, hazırda İmişlinın heyvandarlıq təsərrüfatlarında 95 min 397 baş iribuynuzlu mal-qara saxlanılır. Bunların da əksəriyyəti süni mayalanma üsulu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.