REGİONLAR


İmişlidə pambıq sahələrində əkin üçün başlanan şum işləri artıq yekunlaşmaq üzrədir

İmişli, 13 fevral, Mahir Babayev, AZƏRTAC

İmişlidə ötən ilin dekabr ayından pambıq sahələrində əkin üçün başlanan şum işləri artıq yekunlaşmaq üzrədir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilər ki, bu günə kimi 6 min 586 hektardan artıq sahədə şum aparılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 100 hektar çoxdur.

Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün pambıq sahələrini genişləndirməklə yanaşı, növbəli əkin sisteminə də üstünlük verirlər. Əkinçilər bundan sonra daha 1214 hektarda şum aparılmasını planlaşdırırlar.

Qeyd edək ki, ötən il rayonda 18 min 575 ton pambıq istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.